Bunu “RİA Novosti” agentliyinə müsahibəsində İnquşetiya lideri Yunusbek Yevkurov söyləyib.
“Onlar bizim üçün Maydan düşündülər. Olimpiadaya görə bizi qıcıqlandırmaq istəyirdilər. Onlar hər şeyin belə nəzarətdən çıxacağını düşünməmişdilər. Bununla dünya mətbuatının diqqətini Olimpiadadan yayındırmağı planlaşdırırdılar. Bizdə belə vərdiş var ki, hər zaman Avropa və ya Amerikanın nə deyəcəyini düşünürük. Guya onların etdiyi normaldırmı? Yuqoslaviyanı, İraqı, Suriyanı, Liviyanı bombalayırlar. Onların ucbatından yüz minlərlə insanın ölməsi normaldır, bizim isə quldurlara atəş açmağımız anormal”, – deyə o bildirib. /Axar.az