XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 18:19

“İnter”-“Zirə” qarşılaşmasıbaşa çatdı

Fevralın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna start verilib.

Azərtac xəbər verir ki, turun açılış oyununda “İnter” komandası “Zirə”ni qəbul edib. Matçın 40-cı dəqiqəsində “İnter”in futbolçusu Denis Silva avtoqol müəllifi olub. Yeddi dəqiqə sonra Rauf Əliyev bərabərlik qolunu vurub. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib – 1:1.

Hesabındakı xalların sayını 33-ə çatdıran “İnter”in turnir cədvəlində 3-cü pillədəki mövqeyi dəyişməyib. “Zirə” isə 23 xalla 4-cü pilləyə yüksəlib.

Günün ikinci oyununda “Neftçi” komandası “Kəpəz”i qəbul edəcək. Tura fevralın 19-da keçiriləcək “Sumqayıt”-AZAL və “Qəbələ”-“Qarabağ” oyunu ilə yekun vurulacaq.