XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 20:12

ANAMA-nın mütəxəssisləri Cocuq Mərcanlıdaaxtarış aparıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun üç min kvadratmetr ərazisi yoxlanılıb. Ümumilikdə, 78 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar olunmayıb.

ANAMA-dan bildiriblər ki, 15 gün ərzində Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Beş partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”) aşkar olunaraq zərərsizləşdirilib. Həmçinin 105 min 266 kvadratmetr ərazi (42 min 766 kvadratmetr əl ilə və 62 min 500 kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən fevralın 18-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 26 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1521 partlamamış hərbi sursat, 34 tank və 2 piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 134 min 260 kvadratmetr ərazi (71 min 760 kvadratmetr əl ilə və 62 min 500 kvadratmetr mexaniki üsulla) yoxlanılıb.