XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 20:45

“Neftçi”-“Kəpəz” oyunubaşa çatdı

Fevralın 18-də futbol üzrə Topaz Premyer Liqasında XIX tur çərçivəsində növbəti görüş keçirilib.

Azərtac xəbər verir ki, baş hakim Rauf Cabbarovun idarə etdiyi günün ikinci oyununda “Neftçi” komandası “Bakcell Arena”da “Kəpəz”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb. Beləliklə, flaqman çempionatda ardıcıl üçüncü qələbəsini qazana bilməyib.

Bu oyundan sonra “Neftçi” xallarının sayını 17-yə çatdıraraq altıncı sırada qərarlaşıb.

Aktivində 16 xal olan “Kəpəz” isə yeddinci pillədədir. Komandaların turnir cədvəlindəki mövqeləri isə dəyişməyib.

Turun digər görüşləri fevralın 19-da oynanılacaq. “Sumqayıt” komandası “AZAL”ı, “Qəbələ” isə Qarabağ”ı qəbul edəcək.