Rusiya XİN rəhbəri Sergey LavrovAlmaniyaya səfəri çərçivəsində Aİ xarici diplomatiyasının rəhbəri Federika Mogerini ilə Rusiya-Avropa İttifaqı münasibətlərini, habelə Suriyavə Liviya nizamlanmasını müzakirə edib. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
“Görüşdə Rusiya-Aİ münasibətləri və beynəlxalq gündəlikdəki aktual məsələlər müzakirə olunub. Xüsusi diqqət Yaxın və Orta Şərqdəki vəziyyətə – əsasən Suriya və Liviya nizamlanmasına yetirilib”, – deyə məlumatda bildirilir. /APA