XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2017 - 09:59

Mosulun qərbinin İŞİD-dən azad edilməsiəməliyyatı başlayıb

Mosul 1

İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

Bunu bu gün İraq baş naziri Heydər əl-İbadi bəyan edib.

Mosulun qərb hissəsi 3 aydır ki, İraq ordusunun mühasirəsindədir.

Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb. /APA