Son 1 ay ərzində ABŞ-dan kubalı miqrant deportasiya olunub.
Bu barədə "MIG News" məlumat yayıb.
Məlumata görə, cümə günü, fevralın 17-də kubalı miqrantların qaytarılmasını təşkil edən reyslə Havanaya daha iki qadın göndərilib. Buna qədər isə kubalı miqrantları vətənə kommersiya aviareysləri və ya gəmi ilə deportasiya edirdilər.
Deportasiya ABŞ-ın miqrasiya siyasətinin dəyişməsi ilə əlaqədardır. Əvvəlki qanuna əsasən ABŞ ərazisinə daxil olan kubalılar burada vizasız qala bilərdilər.
ABŞ-ın əvvəlki prezidenti Barak Obama Ağ Evi tərk etməzdən bir neçə gün əvvəl kubalılar üçün miqrasiya rejimini ləğv etmişdi. Bu qərar Kuba ilə münasibətlərin yaxşılaşması çərçivəsində qəbul edilmişdi. /"Report"