XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 10:19

Çində 2020-ci ilədək 74 hava limanıinşa olunacaq

Çin hava

Çində 2020-ci ilədək 74 yeni mülki hava limanının inşası planlaşdırılır.

Bu barədə Çinin Mülki Aviasiya İdarəsinin hesabatına istinadən "Jenmini jibao" məlumat yayıb.

Hesabatda qeyd olunur ki, hökumət 30 aeroportun tikintisini başa çatdırmağı və daha 44-nün inşasını planlaşdırır. Beləliklə, 2020-ci ilədək mülki hava limanlarının sayı təqribən 260-a çatacaq.

Eyni zamanda, 2020-ci ilədək ümumi təyinatlı aeroportların sayının 500-dək artırılması nəzərdə tutulur.

Həmçinin hava nəqliyyatında sərnişindaşımanın 28 faiz artırılaraq 720 milyon nəfərə çatdırılacağı gözlənilir. Yük daşımalarının həcmi, proqnozlara görə, 8,5 mln. ton olacaq. /"Report"