Türkiyə Silahlı Qüvvələri sutka ərzində Suriyanın şimalında İŞİD terror qruplaşmasının 52 obyektinə zərbə endirib.
Bu barədə Türkiyə Baş Qərargahının "Fərat qalxanı" əməliyyatlarının 180-ci günündə yaydığı məlumatda bildirilir.
Beynəlxalq koalisiya aviasiyası və artilleriyasının zərbələri nəticəsində 12 terrorçu öldürülüb. /"Report"