XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2015 - 16:00

Ərəb liderləri vahid ordu yaratmaq barədə razılığa gəldilər

Bu cür təşəbbüslər əvvəllər uğursuzluqla nəticələnib

Misir prezidenti Əbdülfəttah əs-Sisi Şarm-əl-Şeyxdəki sammitdə bildirib ki, Ərəb Dövlətləri Liqası (ƏDL) vahid ordu yaratmaq barədə razılığa gəlib.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, ƏDL təmsilçiləri apreldə görüş keçirib təhlükəsizliyə təhdidə qarşı durmaq üçün vahid ordu yaradılmasının detallarını müzakirə edəcəklər.

Qətnamə layihəsində qeyd olunur ki, birgə hərbi kontingent sırf könüllülük əsasında formalaşacaq və heç bir dövlətin iştirakı məcburi dyil.

Birləşmiş hərbi qoşun təyyarə, gəmi və zirehli maşınlarla bərabər, 40 min hərbçidən ibarət olacaq. Komandanlığın qərargahı Qahirədə və yaxud Ər-Riyadda yerləşəcək.

Ekspertlər qeyd edirlər ki, bu təşəbbüsün gerçəkləşməsi aylarla davam edə bilər, çünki əvvəllər irəli sürülmüş bu cür təşəbbüslər uğursuzluqla nəticələnib.

Əlavə edək ki, ƏDL rəhbəri Nabil əl-Ərəbi sammit ərəfəsində bildirmişdi ki, bu qüvvə radikal İŞİD qruplaşması, Liviya və Yəməndəki qiyamçılara qarşı mübarizə aparacaq.

Sammitdə qəbul edilmiş yekun sənədində bildirilir ki, martın 25-də Səudiyyə Krallığının başçılığı ilə Yəməndə başlanmış hərbi əməliyyat şiə husi-qiyamçıların tam tərk-silah edilməsinə qədər davam edəcək. Sammit iştirakçıları qiyamçıları tutduqları paytaxtı tərk etməyə və silahları “legitim” hakimiyyətə təhvil verməyə çağırıblar.