Bakı-Tiflis- Qars (BTQ) dəmir yolu layihəsinin tikintisi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Baş nazir layihənin əhəmiyyətindən danışaraq tikintinin ölkədə sabitliyi təmin etmək üçün ən vacib mexanizm olduğunu bildirib.
Bu barədə 53-cü Münhen Təhlükəsizlik Konfransında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Cənubi Qafqazda regional əməkdaşlıq mövzusunda müzakirələr çərçivəsində çıxışı zamanı bildirib.
Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb ki, baş nazir müzakirələr zamanı BTQ layihəsinin əhəmiyyətindən danışaraq tikintinin ölkədə sabitliyi təmin etmək üçün ən vacib mexanizm olduğunu bildirib: “Baş nazir çıxışında “İpək yolu” iqtisadi zona layihəsi çərçivəsində Bakı-Tiflis- Qars dəmir yolu layihəsinin Avropa ilə Asiyanı bir-biri ilə bağlayan bir kəmər olduğunu qeyd edib. O, BTQ layihəsinin istismara veriləcəyinin vacibliyini və Asiyanın Təşəbbüsü ilə Avropa və İpək Yolunun bir kəmərdə yeni imkanlar ortaya çıxaracağını vurğulayıb”. (APA)