XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 11:57

Avropa Komissiyasının vitse-prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

sefcovic

Avropa Komissiyasının enerji ittifaqı məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana səfərinin proqramı açıqlanıb.

"Report" Avropa İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, Maroş Şefçoviç fevralın 23-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının üçüncü iclasında çıxış edəcək.

Həmçinin, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının üçüncü iclası zamanı Avropa Komissiyası vitse-prezidenti Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakislə, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendayla, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrakla, Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliçlə görüşlər keçirəcək.