XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2015 - 16:29

Parubi: “ABŞ-ın Ukraynaya hərbi yardımı barədə sənəd hazırdır”

Vaşinqton münaqişənin diplomatik həllini dəstəkləyir

Ukrayna Ali Radası sədrinin birinci müavini Andrey Parubi bildirib ki, Ukraynaya hərbi yardım məsələsi bütün texniki razılaşmalardan keçib və yalnız ABŞ prezidenti Obamanın imzası qalır.

Strateq.az Ukrayna mətbuatına əsasən bildirir ki, Parubi deyib: “Letal (öldürücü – red.) silah məsələsi Obamanın masasının üzərindədir. Bütün texniki razılaşmalar artıq keçilib. Lakin onların ilk arqumenti budur ki, əgər bizə letal silah versələr, Putin daha yeni letal silahlar verəcək”.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya qeyri-letal silahlar çatdırması daha önəmlidir. Vitse-spiker qeyd edib ki, söhbət düşmənin atəş nöqtələrini aşkarlaya biləcək radarlar, pilotsuz təyyarələr və radiostansiyalardan gedir.

Ağ Evin təmsilçisi Coş Ernst bildirib ki, Vaşinqton Ukraynanın silahla təminatı barədə qərar qəbul etməyib və münaqişənin diplomatik həllini dəstəkləyir.