XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2017 - 14:19

Türkiyədə baş vermiş ağır qəzada 5 Azərbaycan vətəndaşı ölüb –26-sı yaralıdır -YENİLƏNİB

iqdir qeza

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 4 Azərbaycan vətəndaşı ölüb.

Bunu Trend-ə Türkiyə parlamentinin İğdır vilayətindən olan deputatı Nurəddin Aras deyib.

Onun sözlərinə görə, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində həmçinin 26 Azərbaycan vətəndaşı da xəsarət alıb. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

***

Türkiyənin İğdır-Naxçıvan avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 8 nəfərdən 5-i, yaralanan 28 nəfərdən 26-sı Azərbaycan vətəndaşıdır.

Bu barədə Azərtac-a Azərbaycanın Qarsdakı baş konsulluğundan məlumat verilib.