XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2017 - 19:44

Narkotik tərkibli bitki əkməyə  görə nəzərdə tutulan cərimələrin miqdarı açıqlanıb

narko polis

Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

İnzibati Xətalar Məcəlləsinin  208-ci maddəsi aşağıdakı redaksiyada verilib: “Maddə 208. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası

 Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə –

 iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

 Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür”.