XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

20 Fevral 2017 - 19:48

“Azadlıq” qəzetinin 6 əməkdaşı Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib

azadliq

Fevralın 18 və 20-də “Azadlıq” qəzetinin 6 əməkdaşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

“Turan” innformasiya agentliyi xəbər verir ki, dindirilənlər İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova olub.

Dindirilən əməkdaşlar bildiriblər ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib. Jurnalistlər “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirova qarşı cinayət işi çərçivəsində dindiriliblər.

Eyni zamanda, həmin cinayət işi çərçivəsində “Azadlıq” qəzetinə qarşı 2010-2016-cı illəri əhatə edən vergi yoxlaması başlayıb.