Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində əksər hissəsi nəzarət altına alınan Əl-Bab şəhərində təmizləmə əməliyyatı davam edir.
Bu gün türk əsgərləri şəhərdə minaya düşüb. Nəticədə 1 əsgər həlak olub, 2 əsgər yaralanıb.
Xatırladaq ki, “Fərat qalxanı” əməliyyatının başladığı 2016-cı il 24 avqust tarixindən bu günə qədər Türkiyə ordusunun Suriyada verdiyi itkilərin sayı 69-a çatıb. /APA