XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 12:43

Sabah hava necə olacaq? –Proqnoz

hava

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 8-12, Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  767  mm civə sütunundan 761 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə fevralın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.