XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 19:45

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər –Xocalı faciəsi ilə bağlı

amea-naxcivan-muzey

Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər.

AMEA Naxçıvan Bölməsindən Strateq.az-a verilən məlumata görə, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan bu muzeydə 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərə aid eksponatlar öz əksini tapır.

Burada Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımı və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən zəngin eksponatlar ayrı-ayrı bölmələrdə nümayiş olunur.

Xatırladaq ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan şəhərində də minlərlə günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bunlarla bağlı məlumatlar da sərgilənən eksponatlar arasında nümayiş etdirilir:

"XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına aid eksponatlar da muzeydə ayrıca bölmədə nümayiş olunur. Burada soyqırım haqqında məlumatlar, o cümlədən ermənilər tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbiçilərinin iştirakı ilə Xocalı şəhərində günahsız insanların başına gətirilən müsibətlər fotoşəkillərin dili ilə muzeyi ziyarət edənlərin diqqətinə çatdırılır.

Muzeydə erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər də nümayiş etdirilən eksponatlar sırasındadır".