"NATO-nun terrora qarşı mübarizə koalisiyasına qoşulması prosesi zamanı Türkiyə bu ittifaqa rəhbərlik edə bilər".
Bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
“Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı danışsaq, deyə bilərik ki, rəsmi Ankara ittifaqın terrora qarşı mübarizə koalisiyasına qoşulmasına rəhbərlik edə bilər”, – nazir bildirib.
Şoyqu onu da əlavə edib ki, hərbi sahədə Türkiyə-Rusiya arasında sıx əməkdaşlıq davam edir. /Axar.az