XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 00:07

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək –Parlamentdən açıqlama

atet

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə ATƏT PA-nın qış sessiyasında iştirak etmək üçün fevralın 22-dən 25-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqlar. 

APA-nın MM-in saytına istinadən verdiyi məlumata görə, sessiya çərçivəsində Daimi Komitənin, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin və Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclasları keçiriləcək.

İclaslarda ATƏT PA-nın fəaliyyəti barədə məruzələr dinləniləcək, “Böhran dövründə insan hüquqlarının müdafiəsi”, “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə”, “Su ehtiyatlarının idarə olunması: su təhlükəsizliyi probleminin həlli və iqlim dəyişikliyi ilə mübarizə”, “Artan populizm fonunda insan hüquqlarının müdafiəsi” mövzularında müzakirələr aparılacaq.