Fevralın 22-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başlayıb.
Nümayəndə heyəti səfərin birinci günü Ankarada keçirilən “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib.
Sonra Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüş olub.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib(azərtac).