XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 18:42

Meksika səfiri yeni nazir Ramin Quluzadə ilə görüşdü

meksika sefir

Nəqliyyat, rabitə və yüksək texnologiyar sahəsində əməkdaşlığı müzakirə etmək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında görüş keçirilib.

Səfirlikdən Strateq.az-a bildiriblər ki, nazir R.Quluzadə rəhbərlik etdiyi qurum haqqında məlumat verərək, Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində təşkil olunan beynəlxalq tədbirlərdən danışıb. Səfir Labardini Meksika iqtisadiyyatın vacib göstəricilərinə, müxtəlif sahələrdə – elektron və kosmik sənaye, avtomobillər, mobil telefonlar, düz ekranlı televizorların istehsalı və s. nailiyyətlərə diqqət yetirib.

Tərəflər İKT sahəsində yenilikləri və tendensiyaları müzakirə edib. Hər iki ölkədə internet istifadəçilərinin yüksək sayı qeyd olunub. Diplomat nəqliyyat ilə komunikasiya sahələrinin birbaşa bağlı olduqlarını, onların inkişafının qarşılıqlı şəkildə həyata keçməsini vurğulayıb. Hər iki tərəf müvafiq əlaqələrin qurulması və irəliləməsində maraq və istəklərini ifadə edib..

Xatırladaq ki, bu gün Meksikada 117 dəniz limanı mövcuddur, eyni zamanda, dəmir yol xəttlərinin sayına görə Latın Amerikada ikinci, hava limanlarının sayına görə isə dünyada üçüncü yeri tutur.