XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 19:36

Cocuq Mərcanlıda 1013 qəlpə və partlamış raketinhissələri tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 18 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər. Ümumilikdə 1013 qəlpə, “Qrad” raketinin mühərrik hissəsi aşkar edilib. Mina və partlamamış hərbi sursat tapılmayıb. Nəticədə 85,7 min kvadratmetr ərazi (29 min 450 kvadratmetr əl ilə, 10,7 min kvadratmetr mexaniki üsulla, 35 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 10 min 550 kvadratmetr ərazi isə minaaxtaran itlərlə) yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, 19 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 47 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Altı partlamamış hərbi sursat (üç ədəd 82 millimetrlik “OF-832”, iki ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi və bir ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VL” raket) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 327 min 59 kvadratmetr ərazi (107 min 709 kvadratmetr əl ilə, 95 min 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 10 min 550 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Yanvarın 1-dən fevralın 22-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 50 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1522 partlamamış hərbi sursat, 34 tank əleyhinə və 2 piyada əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 356 min 53 kvadratmetr ərazi (136 min 703 kvadratmetr əl ilə, 95 min 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 10 min 550 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.