XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 11:33

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası başlanıb –Prezident iştirak edib

ilham konfra

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söylədi.

Sonra Maroş Şevçoviç çıxış etdi.

Toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirir.