XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2017 - 12:59

Bakıda Küveytin dövlət müstəqilliyinin 56-cı ili qeyd olunub

kuveyt sefir

Küveytin Azərbaycandakı səfirliyi dövlət müstəqilliyinin 56-cı ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək  bildirib ki, tədbir həmçinin, Küveyt Dövlətinin azadlıq bayramının 26-cı ildönümünə həsr olunub.

Səfirin sözlərinə görə, Küveyt ilə Azərbaycan arasında əlaqələrin gündən-günə genişlənməsi qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin  ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. O, bu əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolu olduğunu vurğulayaraq,  Hökumətlərarası komissiyanın iki iclas keçirdiyini, bunun nəticəsi olaraq, bir sıra sazişlər imzalandığını vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu dilə gətirdi.  Azərbaycanla Küveyt arasında bütün sahələrdə yaxşı əlaqələr var. Bildirdi ki, ölkələrimiz bütün sahələrdə bir-birini qeyd-şərtsiz dəstəkləyir. O, son zamnalar küveytli turistlərin ölkəmizə axınının artdığını və bu işdə birbaşa hava yolunun açılmasının önəmini qeyd etdi.