XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 14:29

Rusiyada azərbaycanlı diaspor rəhbəri həbs olunub

hebs

Rusiyanın Moskva vilayətində azərbaycanlı diaspor rəhbəri həbs olunub.

"Life"ın verdiyi məlumata görə, Moskva Vilayəti azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev dələduzluq ittihamı dünən saxlanılıb. Məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb.

Yanvar ayında Q. Ağayevə qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılıb. Onun 2015-ci ildə 600 min rubl məbləğində büdcə vəsaitini mənimsədiyi deyilir.

Q.Ağayev "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə" qrantı çərçivəsində Rusiya Təhsil Nazirliyi tərəfindən "Russkiy mir" fonduna ayrılan 600 min rubl məbləğində pul alıb. Həmin vəsaitlə o, azərbaycanlı və türkiyəli məktəbliləri Rusiyaya gətirməli və ekskursiya təşkil etməli imiş. /APA