XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2017 - 15:52

Gənclər və İdman Nazirliyi:“Küveyt istəsə belə, Bakıdakı İslam Oyunlarında iştirak edə bilməz”

İslam oyunları

Gənclər və İdman Nazirliyi Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Küveytin maliyyə xərclərini öz üzərinə götürməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlama deyib ki, bəzi media orqanlarında yayılan xəbər yanlışdır.

“Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz. Çünki Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi idman tədbirlərini BOK-nin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveyt idmançılarının Azərbaycana gəlməsi mümkün deyil”.

Qeyd edək ki, Bakıda keçiriləcək dördüncü İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün 53 ölkə rəsmi qeydiyyatdan keçib. /Modern.az