XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2017 - 00:36

“Osmanlıspor” uduzdu, “Beşiktaş” isə növbəti mərhələyə çıxdı –Avropa Liqası (VİDEO)

uefa

"Fənərbaxça"nın Avropa Liqasının tərk etməsindən sonra böyük ümidlərlə baxılan "Beşiktaş" Avroliqanın 1/16 mərhələsinin cavab görüşündə İsrailin "Hapoel” komandasını evində də məğlub edib. 

Strateq.az xəbər verir ki, türk komandası revanş matçinda 2-1 qalib gəlib.

Qeyd edək ki, ilk oyun İsraildə keçirilib və "Beşiktaş" 3:1 hesabı ilə qalib gəlmişdi 

Onu da qeyd edək ki, bu gün Türkiyənin daha bir komandası "Osmanlıspor”un səfərdə 0-0-lıq nəticəylə döndüyü "Olimpiakos”la evindəki qarşılaşmadan üzüağ çıxacağı proqnozlaşdırılsa da,  türk klubu Yunanıstan komandasına böyük hesabla məğlub olub. Bununla da Avroliqayla vidalaşıb – 0:3

Bundan sonra turnirdə Türkiyəni yalnız "Beşiktaş" təmsil edəcək. Türk klubunun hansı komanda ilə qarşılaşacağı isə fevralın 24-dəki püşkatmada müəyyənləşəcək.

"Beşiktaş"ın qalib gəldiyi bugecəki oyundakı qol epizodları ilə tanış olun: