XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 10:14

Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiyatəqdim olunub

Niderland Krallığındakı səfirliyimizin dəstəyi ilə bu ölkədə yaşayan Azərbaycan diaspora təşkilatlarının üzvləri Niderland Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvləri ilə görüşüb. Niderlandlı parlamentarilər Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Qarşılıqlı fikir mübadiləsindən sonra Azərbaycan diasporasının nümayəndələri bu ölkənin parlamentində Xocalı faciəsi ilə bağlı hüquqi qərar qəbul edilməsini xahiş ediblər və soyqırıma dair hazırlanmış petisiyanı təqdim ediblər. Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 Azərbaycanlının vəhşicəsinə öldürülməsi, yüzlərlə qadın və azyaşlı uşağın yaralanması və əsir götürülməsi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT-nin dörd qətnamə qəbul etdiyi vurğulanıb.

“Niderland-Azərbaycan kommunikasiya platforma”sı ("Netherlands Azerbaijan Communication Platform'') təşkilatının rəhbəri Arnold Utama ölkəsinin dünyada baş vermiş bir çox soyqırımı hadisələrini tanıdığını, ancaq Xocalı soyqırımı haqqında çox az məlumata malik olduğunu bildirib. O, hazırkı petisiyada Xocalı faciəsi haqqında ətraflı məlumatın olduğunu və onun parlamentarilərin diqqətini cəlb edəcəyinə əminliyini bildirib.

“Azərbaycanın Dostları Avropa Mərkəzi” ("European Center Azerbaijani Friends'') təşkilatının sədri Leyla Babayeva 2014-cü ildə Niderland parlamentinə təqdim olunmuş analoji petisiyadan söz açıb.

“Avropalı Azərbaycanlılar/Niderlandlılar” ("European Azerbaijanis/Netherlands'') təşkilatının sədri və www.euroaz.nl saytının təsisçisi Emil Əliyev üç dildə dərc olunan “Xocalı Soyqırımı” kitabını və diskləri parlamentarilərə təqdim edib.

Görüşdə Azərbaycan tərəfini təmsil edən Gövhər Nəzərova , Anne van der Heiden, Anita Vermaas və Nicolette van Tienhoven Xocalı soyqırımından danışaraq, ermənilərin törətdikləri bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıblar. Görüşdə iştirak edən Niderland vətəndaşlarının Xocalı faciəsi ilə bağlı Azərbaycan diaspora nümayəndələri ilə həmrəy olması niderlandlı parlamentarilər – Angelien Eijsink, Harry van Bommel, Michiel Servaes, Han ten Broeke və Selcuk Öztürk tərəfindən yüksək qiymətləndirilib(azərtac).