XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 12:58

Ümumxalq yürüşü ilə bağlı 14 marşrut xəttininhərəkəti dəyişdirildi

Bakıda fevralın 26-da ümumxalq yürüşü ilə bağlı 14 marşrut xəttinin hərəkəti dəyişdirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 14 marşrut xəttinin hərəkət trayektoriyası da dəyişdirilib.

Həmin marşrut xətləri 1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1-dir.