XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2017 - 13:05

Komissiya:"Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

"Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 36-sı uşaq, 65-i qadın, 35-i qocadır".

"Report" xəbər verir ki, bunu Əsir və itkin d­üşmüş, girov götürülm­üş vətəndaşlarla əlaq­ədar Dövlət Komissiyasının katibi, İşçi Q­rupunun rəhbəri İsmay­ıl Axundov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 95-nin əsir götürülməsi ilə bağlı şahid ifadələri mövcuddur: "Onların arasında isə 12 uşaq var. Faciənin ən ağrılı tərəfi uşaqlarla bağlıdır".

İ.Axundov bildirib ki, Dövlət Komissiyasına əsir və itkin düşmüş şəxlərlə bağlı müraciət edənlərin çoxu həmin dövrdə uşaq olanlardır.