XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2017 - 17:10

İstanbul Birjasının sədri:"Forex"in qumardan fərqi yoxdur"

Forex

 "Forex" əməliyyatlarının qumardan heç bir fərqi yoxdur". 

Bunu İstanbul Birjası İdarə Heyətinin sədri Himmət Qaradağ bəyan edib. 

Birja rəhbəri qeyd edib ki, əgər "Forex" əməliyyatları bazarında investorların bağladığı əqdlərinin 95%-i zərər və ya məmnuniyyətsizliklə nəticələnirsə, bu, sağlam proses deyil.

"Bunun üçün Türkiyədə fyuçers və opsiyonlar bazarı var. Hedc məqsədilə investorlar burada özlərini risklərdən qoruya bilər. Amma, qumar məqsədli əməliyyatlar bizim kapital bazarına uyğun deyil" – H.Qaradağ vurğulayıb.  (Report)