XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2017 - 19:51

“Qarabağ” klubu Şəhidlər Xiyabanınayürüş təşkil edəcək

"Qarabağ" futbol klubunun üzvləri fevralın 26-da Şəhidlər Xiyabanına yürüş təşkil edəcəklər. 

"Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir saat 11:00-a planlaşdırılıb.

Yürüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, klub rəsmiləri, futbolçular, eləcə də, komandanın azarkeş qrupları iştirak edəcəklər.

Qeyd edək ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək.