XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 20:35

Vyanada ATƏT Parlament Assambleyasının 16-cısessiyası keçirilir

atet-pa-tblisi

Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası işinə başlayıb.

Fevralın 24-də sessiya öz işini “Böhranlar zamanı insan hüquqlarının müdafiəsi” mövzusunda keçirilmiş xüsusi debat ilə davam etdirib.

Debatda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək böhran və silahlı münaqişələr zamanı insan hüquqlarının müdafiəsinin vacibliyini vurğulayıb. Deputat qeyd edib ki, yalnız münaqişələrin yekun və davamlı həlli insan hüquqlarının pozuntularına son qoya bilər.

Azay Quliyev çıxışı zamanı diqqəti xüsusilə münaqişələr nəticəsində öz doğma yaşayış yerlərindən qovulmuş qaçqın və məcburi köçkünlər, itkin düşmüş şəxslər, girov və əsirlər, həmçinin münaqişə zonalarına yaxın ərazilərdə məskunlaşmış insanlarının hüquqlarının qorunmasına yönəldib. O, qeyd edilən qrupdan olan insanların hüquqlarının, xüsusilə yaşamaq və mülkiyyət kimi ən əsas hüquqlarının münaqişələr nəticəsində pozulduğunu, xüsusilə ən çox əziyyəti qadınların, uşaqların və yaşlı insanların çəkdiyini diqqətə çatdırıb.

Deputat münaqişələr nəticəsində öz daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış şəxslərin təhlükəsiz geri qayıdış hüququnun təmini istiqamətində təcili tədbirlər görülməsinin zərurililiyini vurğulayıb.

ATƏT PA-nın vitse prezidenti çıxışının sonunda qurumun bütün üzvlərinin qeyd edilən problemlərin həlli naminə səmimi və nəticə yönümlü dialoqa cəlb olunmasının vacibliyini qeyd edib. /Azərtac