XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 21:00

Azərbaycanlı futbolçu Avroliqada həftəninən yaxşısı oldu

Avroliqada həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “Olimpiakos”un hücumçusu Kərim Ansarifərd 1/16 final mərhələsinin ən yaxşısı seçilib.

O, UEFA-nın saytında keçirilən sorğunun nəticəsinə əsasən, azarkeşlərin ən çox etimadını qazanan futbolçu olub. Səfərdə “Osmanlıspor”la qarşılaşan pireylilərin 3:0 hesablı qələbəsində mühüm rol oynayan Ansarifərd iki qola imza atıb.

İran millisinin Azərbaycan əsilli hücumçusu Ərdəbil şəhərində anadan olub. Təbrizin “Traktorsazi” klubundakı çıxışı ilə tanınan Kərim daha sonra İspaniyada “Osasuna” və Yunanıstanda “Panionis”in formalarını geyinib. O, 2017-ci ildə keçdiyi “Olimpiakos”un heyətində 3 oyunda 3 qol vurub.