XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 07:14

Çinin balıqçı gəmisi batdı –13 nəfər itkin düşüb

gemi-0

Çinin şərqində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 13 nəfər itkin düşüb.

APA-nın “Sinxua” agentliiynə istinadən verdiyi xəbərə görə, insident Çjouşan şəhərindən 140 km uzaqlıqda baş verib.

Göyərtəsində 20 nəfərin olduğu gəminin batmasının səbəbi hələ ki, məlum deyil.

Axtarış əməliyyatına Çin Hərbi Dəniz Qüvvələrinin dörd gəmisi, bir helikopter və yaxınlıqda olan 41 balıqçı qayığı cəlb edilib. 7 balıqçı xilas edilib, axtarışlar davam edir.