XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2017 - 13:47

“Azərbaycanla İran qeyri-neft sektoruna investisiyaların həcmindən narazıdır” –Nazirdən açıqlama

sahin mustafa

"Azərbaycan-İran əlaqələri çox uğurla inkişaf edir, əlaqələrimiz yüksək səviyyədədir. Ümumilikdə, əlaqələrimiz ortaq tarixi, dini, mədəni əlaqələrə, bərabər əməkdaşlığa əsaslanır".

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfərinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70%-dək artıb:

"İran şirkətləri Azərbaycanda, Azərbaycan şirkətləri isə İranda uğurla fəaliyyət göstərir. Bu gün 538 İran şirkəti Azərbaycanda qeydiyyatdan keçib. İrandan Azərbaycana investisiyaların həcmi 2,7 mlrd. dollardır. Bu investisiyanın 2,6 mlrd. dolları neft-qaz sektoruna yönəldilib və nəticədə İran tərəfi 1,7 mlrd. dollar mənfəət əldə edib.

Qeyd olunan investisiyanın 150 mln. dolları İran tərəfindən qeyri-neft sektoruna investisiya olaraq yönəldilib. Həm Azərbaycan, həm də İran tərəfi bu rəqəmdən razı deyil. Çünki ölkələrimiz arasında qeyri-neft sektorunun inkişafı üçün yüksək potensial var və bu sahədə əlaqələrimiz daha da genişləndirilməlidir". /APA