XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 16:32

Azərbaycanla İran arasında yeni aviareys açılacaq –Nazirdən açıqlama

iran teyare

Azərbaycan və İran turizm sahəsində mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir.

Belə ki, bu məqsədlə Urmiya-Qəbələ marşrutu ilə yeni aviareysin açılması nəzərdə tutulub.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu marşrut üzrə uçuşlara tezliklə başlanılması planlaşdırılır.

Qeyd edək ki, hazırda İranla Azərbaycan araslnda Bakı-Tehran- Bakı və Bakı-Təbriz-Bakı istiqamətində aviareyslər yerinə yetirilir. /"Report"