XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 23:30

Rusiyada Azərbaycana qarşı təxribat törətmiş erməni idmançı cəzalandırılıb –Səbəb

ermeni-diga

Rusiyanın ən iri promouter şirkəti olan “Fight Nights GLOBAL” separatçı “DQR” bayrağını qaldıran erməni əsilli rusiyalı idmançı Vartan Asatryanla  müqaviləni ləğv edib.

Bu barədə məlumat şirkətin saytında dərc edilib.

“Vartan Asatryana kontraktın ləğv olunması barədə rəsmi bildiriş göndərilib. Müqavilənin ləğvinə səbəb etik normaların pozulması olub. Belə ki, Asatryan geyimində siyasi məzmunlu simvolikadan istifadə edib. İdmançılarla imzalanan müqavilələrdə belə məsələlərlə bağlı bənd lər var. İdmançılar  həmin şərtlərə  mütləq şəkildə riayət etməlidirlər”, – deyə məlumatda bildirilir.  

“Fight Nights GLOBAL”ın prezidenti Kamil Hacıyev qərarı şərh edərkən qeyd edib ki, digər xalqların nümayəndələrinə hörmətsizlik göstərmək yolverilməzdir: “Siyasi xarakter daşıyan və insanların hisslərini təhqir edən ifadələr və hərəkətlərə yol verən idmançılar cəzalanmalıdırlar. Bütün bu cür hallar ekspert komissiyası tərəfindən araşdırılacaq”.    

Qeyd edək ki, erməni əsilli rusiyalı idmançı Vartan Asatryan fevralın 23-də “FIGHT NIGHTS GLOBAL 59” turnirində azərbaycanlı idmançı Elnar İbrahimov üzərində qələbə qazandıqdan sonra səhnəyə separatçı “DQR” bayrağını qaldırıb. Bundan başqa, separatçı rejimin simvolikası onun geyimində də əks olunub.  

APA