XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2017 - 11:04

Xocalı faciəsi ilə bağlı sosial şəbəkələrdə geniş təbliğatkampaniyası keçirilir

Xocalı 2

 Xocalı faciəsi ilə bağlı sosial şəbəkələrdə geniş təbliğat kampaniyası keçirilir.

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 25 il keçir. Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı 26 fevral – Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır.

Qanlı soyqırım aktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün həm Azərbaycanda, həm ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimiz faciə ilə bağlı məlumat fotosunu paylaşırlar.

Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmişdir. Onlardan 83-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.  (Report)