XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2017 - 13:38

Prezident İlham Əliyev Ərdoğana zəng edib –Ad günü münasibətilə

ilham-erdogan

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik etmiş, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulamışdır.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşmışlar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə etmişlər. (Azərtac)