XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2017 - 14:33

AŞPA-nın fəxri üzvü:"Dünya ictimaiyyəti Xocalı faciəsinə lazımi reaksiya verməyib"

Anatoli

"Dünya ictimaiyyəti Xocalı faciəsinə lazımi şəkildə reaksiya verməyib".

Bu sözləri  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəxri üzvü Anatoli Raxanski deyib.

"Birincisi, ATƏT və BMT həmin hadisələrə vaxtında reaksiya vermədi. İkincisi, onlar əllərindəki vasitələrdən bu cinayəti törədənlərin cəzalandırılması üçün etməyiblər. Yəni təəssüf ki, dünya birliyi bu təşkilatların simasında effektiv işləmədi. Və biz onların işlərindəki qeyri-effektivliyi bu gün başqa dövlətlərin ərazilərinin işğalı və s. cinayətlərə reaksiyalarında görməkdə davam edirik", – deyə Raxanski əlavə edib.  (Report)