XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Fevral 2017 - 15:33

Elman Nəsirov:"Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq faciəyə beynəlxalq hüquqi qiymət verilməyib"

Elman 1

Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatlar hələ də bu faciəyə siyasi-hüquqi qiymət verməyib.

Bu barədə millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bir çox ölkələr və beynəlxalq təşkilatlar bu faciə ilə bağlı qərar və qətnamələr qəbul edib: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası böyük rezonans doğurub. Amma, təəssüf ki, bəzi dövlətlər hələ də bu məsələdə susmağa davam edir. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu faciəyə lazımi hüquqi qiymət verilməyib. Bu istiqamətdə tədbirlər daha da gücləndirilməlidir, ermənilərin törətdiyi bu faciənin dünyaya çatdırılması istiqamətində tədbirlər davam etdirilməlidir".

E.Nəsirov birldirib ki, Azərbaycan bütün diplomatik imkanlardan istifadə etməklə dünya ictimaiyyətinin Xocalı faciəsini soyqırım kimi qiymətləndirilməsinə nail olmalıdır. (Trend)