XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2017 - 12:38

Bakıda Mikayıl Müşfiqin məşhur abidəsi dağıdıldı –FOTO

mika02

“Azəryolservis” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşviqin Bakıdakı abidəsini dağıdıb.

Bu haqda Virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

Vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

"Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", – deyə o vurğulayıb.

mika