XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 19:14

Sarkisyan Avropa İttifaqında bəyanat verdi:“Ermənistan  Qarabağla bağlı güzəştlərə hazır olduğunu bəyan edir”

serj tusk

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. O yalnız istisnasız olaraq sülh yolu ilə həll edilmləlidir”.

Strateq.az bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla görüşündən sonra bəyan edib. Tusk deyib ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyir.

Sarkisyan isə öz növbəsində deyib ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququ beynəlxalq sənədlərdə əksini tapıb: “Biz Qarabağ məsələsinə də toxunduq. Hesab edirik ki, problemin hərbi yolla həlli yoxdur. Ermənistan ağlabatan güzəştlərə hazır olduğunu bəyan edir. Bu problemin həllində baza olaraq Dağlıq Qarabağ xalqının hüquqları dayanır. Bu hüquq isə Minsk Qrupunun çoxsaylı bəyanatlarında əksini tapıb”.