XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2017 - 23:02

Suriyaya qarşı yeni sanksiya qəbul olunacaq? –Sabah BMT toplanır

bmt-ts

Fevralın 28-də BMT Təhlükəsizlik Şurası zəhərli maddələrin istifadəsi ilə hücumlara görə  Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə baxacaq.

Bu barədə TASS agentliyinə diplomatik mənbələrdən bildiriblər.

“Səsvermə fevral ayı üzrə yekun iclasdan dərhal sonra baş tutacaq”, – mənbə qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Böyük Britaniya, ABŞ və Fransanın hazırladığı adıçəkilən sənədə veto qoyacağını bəyan edib. 

APA