XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 06:55

ABŞ Senatı yeni ticarət nazirini təsdiqlədi –79 yaşı, 2,5 milyard dollarlıq sərvəti var

nazir

ABŞ Senatı  Uilbur Rossun Ticarət  Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.

APA-nın "Reuters" agentliiynə istinadən verdiyi xəbərə görə, 79 yaşlı milyarderin namizədliyinin lehinə 72, əleyhinə isə 27 senator səs verib.

“Forbes” jurnalının məlumatına görə, U.Rossun şəxsi sərvəti 2,5 milyard dollar təşkil edir.

Bundan əvvəl Uilbur Ross namizədliyinin təsdiqlənəcəyi təqdirdə sərmayə biznesindəki payını satacağını bildirib.