XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

28 Fevral 2017 - 13:12

Sabah hava necə olacaq? –Proqnoz

hava 00

Bakı və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 9-14, Bakıda gecə 2-4, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək  770  mm civə sütunu,  nisbi rütubət  gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi  əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mart ayının 3-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəsas insanlar üçün əlverişlidir.