XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 16:42

Əfv Komissiyasının növbəti iclası keçirilib –357 müraciətə baxılıb

efv-1

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya deyib ki, iclasda 107 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən 3 iclasda ümumilikdə 357 müraciət müzakirə olunub və onların əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.